05.08.2026 - 22:52
Dünya 15 baxış

Apple-ın Rusiyadakı çətin anları: 50 milyon dollarlıq cərimə təhlükəsi

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS), ABŞ-ın texnologiya lideri Apple şirkətinə qarşı rəqabət qaydalarını pozduğu iddiası ilə araşdırma başladıb.

Minval.info xəbər verir ki, bu araşdırmanın səbəbi, Apple-ın Rusiyanın yerli tətbiqləri və axtarış sistemləri ilə bağlı məhdudiyyətləri aradan qaldırmaması ilə əlaqədardır.

FAS-ın açıqlamasına görə, Apple iyul ayında göndərilən rəsmi xəbərdarlıqda göstərilən tələbləri tam yerinə yetirməyib. İddialara əsasən, şirkət “iPhone” və “iPad” cihazlarında Rusiyanın milli mesajlaşma tətbiqi “MAX” və yerli tətbiq mağazasının əvvəlcədən quraşdırılmasına icazə verməyib.

Araşdırmanın nəticəsində, əgər Apple-ın Rusiya rəqabət qanunvericiliyini pozduğu təsdiqlənərsə, şirkətə 4 milyard rubl (təxminən 50 milyon dollar) məbləğində cərimə tətbiq edilə bilər.

Qeyd edək ki, Rusiyada qüvvədə olan qanunvericilik, ölkədə satılan smartfon, planşet və kompüterlərdə Rusiya və ya Avrasiya İqtisadi İttifaqı ölkələrində hazırlanmış axtarış sisteminin standart seçim kimi təqdim edilməsini tələb edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: