Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlar başlayır

Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.
Şirkətdən Trend-ə verilən məlumata görə, ilk mərhələdə – 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərində həyata keçiriləcək.
1 iyun tarixindən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tuatacaq.
Təyyarələrin uçuş saatları yerli vaxtla Antalya-Bakı (AYT BAK) 23:55-3:40 Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib.
Qeyd olunan istiqamətlərdə biletlər artıq satışa təqdim olunmuşdur.“
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub