ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Suriyanın Əl-Hasak əyalətini bombalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ əvvəlcə Əl-Hamadi kəndinə hücum təşkil edib. Hər iki hücumda azı 17 dinc sakin ölüb.

Ehtimal olunur ki, raketlər yaşayış evlərinə atılıb. Ölənlərdən 4-ü uşaq, 5-i qadındır.

Minval.İnfo