Bakıda “Alov qüllələri” hotelinin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var.

Minval.info-nun məlumatına görə, hotelin qarşısında yerləşən sütunun içində olan qaz balonu partlayıb.

Nəticədə 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.