Almaniyadan Ukraynaya 50 milyon avroluq yardım!
Almaniya, Ukraynaya humanitar yardım çərçivəsində əlavə 50 milyon avro məbləğində dəstək ayırmağa hazır olduğunu açıqlayıb. Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful məlumat verib.
Minval.info xəbər verir ki, ayrılan vəsait cəbhə xəttinə yaxın ərazilərdə təcili yardım göstərən təşkilatlara yönəldiləcək. Almaniyanın bu addımı, Ukraynanın qış mövsümünə hazırlığını dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, Almaniya hakimiyyəti, Ukraynaya yardımları davam etdirmək üçün 2027-ci ildə vergi yükünü artırmağı və sosial xərclər büdcəsini ixtisar etməyi planlaşdırır. Ölkənin yeni büdcə layihəsində müdafiə xərclərinin 2026-cı ildəki 82.2 milyard avrodan 2027-ci ildə 109.7 milyard avroya çatdırılması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır