Alimlərdən böyük kəşf: Genetik mutasiya ciddi xəstəliklərdən qoruyur
Beynəlxalq alimlər qrupu, bəzi insanların qeyri-sağlam qidalanma və zərərli vərdişlərə baxmayaraq metabolik xəstəliklərə qarşı daha davamlı olmasının səbəbini araşdırıb.
Minval.info xəbər verir ki, “Nature” jurnalında yayımlanan bu araşdırmada ABŞ, Avropa və Asiyadan bir milyondan çox insanın genetik məlumatları incələnib.
Tədqiqatçılar, maddələr mübadiləsinə təsir edən 59 fərqli geni müəyyən ediblər. Xüsusi diqqət FNIP1 geninə yönəlib. Alimlərin məlumatına görə, bu gendə nadir mutasiyalar təxminən hər 7 min insandan birində tapılır. Bu mutasiyaların daşıyıcılarında qaraciyər yağlanması və qanda şəkərin səviyyəsi daha aşağı olub.
Araşdırmaya əsasən, bu şəxslərdə ürək-damar və maddələr mübadiləsi ilə bağlı xəstəliklərin inkişaf riski təxminən 60 faiz daha azdır.
Alimlər, FNIP1 geninin funksiyasını laboratoriya təcrübələri ilə də yoxlayıblar. İnsan qaraciyər hüceyrələrində genin fəaliyyətinin azalması, yağların daha sürətlə parçalanmasına səbəb olub.
Siçanlar üzərində aparılan təcrübələr isə FNIP1-dəki mutasiyaların yüksək yağlı qidalanma şəraitində belə çəki artımından və qaraciyər piylənməsindən qoruyucu təsir göstərə bildiyini ortaya qoyub. Həmçinin heyvanlarda insulinə həssaslığın yaxşılaşdığı müşahidə edilib.
Tədqiqatçılar, gələcəkdə FNIP1 genindəki qoruyucu mutasiyaların təsirini təqlid edən dərmanların hazırlanmasının mümkün ola biləcəyini düşünürlər. Bu yanaşma, piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəliklərinin müalicəsində yeni bir istiqamət aça bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Siirtdə 6 yaşlı uşağın boğazından çıxan zəli ailəni şoka saldı
ABŞ helikopteri i̇ran sahillərində: Qeşm adasında nə baş verir?
Orqanizmdə dəmirin azalmasının səbəbləri: Həkimlər nə deyir?
Hörmüzdəki gərginlik: Neftin qiyməti niyə yüksəlir?
İranın Hörmüz boğazı tələbləri: ABŞ-yə şərtli qapı açma mesajı