AKP Ankara və İstanbulda uduzdu, CHP ikinci oldu - XƏRİTƏ
![]()
Ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri açıqlanıb.
Azvision.az -ın məlumatına görə, ölkə üzrə seçki qutularının 100 faizi açılıb. Nəticələrə əsasən, 44,31 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazanıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) isə 30,11 faiz səslə ikinci olub. Digər yerlərdə İYİ parti (7,45 faiz), MHP (7,31 faiz) və HDP(4,24 faiz) yer alıb.
Paytaxt Ankarada CHP-nin namizədi Mənsur Yavaş (50,91 faiz) qalib gəlib. AKP təmsilçisi Mehmet Özhaseki cəmi 47,1 faiz səs yığa bilib.
Türkiyənin digər əsas və ən böyük şəhərində də müxalif CHP hakim partiyanı üstələyib. Belə ki, İstanbulda seçkilərin favoriti Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu 48, 79 faizlə birinci olub. B.Yıldırım isə 48, 51 faiz səslə rəqibinə uduzub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın baş prokuroru: “İnternetə girişin məhdudlaşdırılmasına ehtiyac var”
Operativ Qərargah xaricdə olan azərbaycanlılara səsləndi
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Ermənistan ordusunun iki hərbçisi həbs olundu
Çavuşoğlu: “PKK-nın İraqda mövcudluğunu əsla qəbul etməyəcəyik”
Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı - VİDEO
Rusiyada son sutkada daha 17 425 nəfər COVID-19-a yoluxub