Ajda Pekkanın gənclik sirri: Tayland iksiri, yoxsa sağlam həyat tərzi?
Türkiyənin məşhur musiqi ulduzu Ajda Pekkan, 80 yaşında olmasına baxmayaraq, gənc görünüşünün sirrini açıqlayıb. O, Taylanddan gətirilən və 25 min dollara başa gəldiyi iddia edilən xüsusi ‘gənclik iksiri’ ilə bağlı yayılan xəbərlərə cavab verib.
Minval.info xəbər verir ki, Pekkan bu iddiaları rədd edərək, gənc görünmək üçün bahalı məhsullara ehtiyac olmadığını bildirib. O, sağlam həyat tərzi və gündəlik rejiminin onun gənc görünüşünün əsas səbəbləri olduğunu vurğulayıb.
Sənətçi, səhər rutinini də ilk dəfə ətraflı şəkildə izah edib. Onun sözlərinə görə, erkən yatmaq və gündə 8 saat yuxu almaq onun həyatının ayrılmaz hissəsidir. Səhərlər isə ilıq suya bir çay qaşığı bəhməz və bir qədər limon suyu əlavə edərək içdiyini söyləyib. Pekkan bu qarışığı özünün ‘gözəllik iksiri’ adlandıraraq, bahalı məhsullardan daha əlçatan və təsirli olduğunu qeyd edib.
Ajda Pekkanın sözlərinə görə, onun gənc və enerjili görünməsinin əsas səbəbləri xüsusi iksirlər deyil, nizamlı yuxu, gündəlik rejim və sağlam həyat tərzidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım