29.09.2026 - 12:15
Ağamirzə Məmmədov yas mərasimləri ilə bağlı vəsiyyətini açıqladı
CƏMİYYƏT 3 baxış

Ağamirzə Məmmədov yas mərasimləri ilə bağlı vəsiyyətini açıqladı

Meyxana dünyasının tanınmış simalarından olan Ağamirzə Məmmədov, şəxsi vəsiyyətini ictimaiyyətlə bölüşüb. O, bu barədə aparıcı İlham Mirzəyevin “Etiraf” verilişində danışıb.

Minval.info xəbər verir ki, meyxanaçı, yas mərasimlərində ənənəvi şəkildə təşkil edilən 3, 7, 40 kimi məclislərdə dəbdəbəli süfrələrin açılmasını tənqid edib. Onun fikrincə, belə tədbirlər itki yaşayan ailələr üçün həm maddi, həm də mənəvi baxımdan əlavə çətinliklər yaradır.

Ağamirzə Məmmədov bildirib ki, “3, 7, 40 məclislərində yemək verilməsin” və sadəcə onun ruhuna namaz qılınıb dualar oxunsun. Bu vəsiyyəti ilə o, övladlarına öz arzusunu çatdırıb.

Meyxanaçının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında müxtəlif fikirlər səsləndirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: