Ağacın içindən çıxan hər kəsi şoka saldı: 50 ildi orada imiş - FOTO

Bir ağacın gövdəsinə sıxışıb ölən itin cəsədi ağacın içərisindəki kimyəvi maddələr sayəsində 50 il çürümədən qalıb.
Minval.İnfo-nun Metbuat.az-a istinadən verdiyi xəbərə görə, hadisə ABŞ-ın Corciya ştatında baş verib. 1960-cı illərə aid olduğu ortaya çıxan köpək mumiyası ağac ilə birlikdə muzeyə aparılıb.
Araşdırmaçıların təxmininə görə, köpək sincab və bənzəri heyvanı ovlamaq üçün arxasınca düşüb və ağacın deşiyindən içəri girib. Ovunu izləyən köpək ağac gövdəsinin içindəki boşluqdan dırmanaraq yuxarılara qədər çıxıb. Lakin orada sıxışıb qalan heyvan ölüb.
“Stuckie” adı verilən mumiya şabalıd ağacının içərisində tapılıb. Ağac havadakı nəmi əmdiyi üçün cəsədin qurumasına yardımçı olub. Quruyan cəsəd ağacdakı kimyəvi maddələrin təsiri ilə mumiyalaşıb. “Stuckie”nin 50 illik mumiyası hazırda, “Southern Forest World” muzeyində saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Coni nadir xəstəlikdən əziyyət çəkir?
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı