Adı prezidentlə hallanan 22 yaşlı deputat: “Yalandır, aramızda heç nə yoxdur”
“Miss Belarus -2018” gözəllik müsabiqəsinin qalibi, yeni millət vəkili Mariya Vasilyeviç adının Belarus Prezidenti Aleksandr Lukaşenko ilə hallandırılmasına münasibət bildirib.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, 22 yaşlı deputat dövlət başçısı ilə sevgi münasibətinin olması barədə mediada yayılan xəbərləri yalan adlandırıb. Bu barədə o, instaqram səhifəsində yazıb:
“Mən söz azadlığının tərəfdarıyam. Ancaq dediyiniz hər sözə görə məsuliyyətli olun. Xüsusilə jurnalist olsanız… Xüsusilə məşhur bir nəşrin jurnalistisinizsə…
Jurnalistin vəzifəsi öz fikrini cəmiyyətə inandırmaq və yeritmək deyil, mümkün qədər obyektiv məlumat çatdırmaqdır. Ancaq bizdə fərqli vəziyyət var – fikir jurnalistikası. KİV nümayəndələri daha çox yüksək reytinq, kiməsə xoş gələn ictimai rəyi formalaşdırmaq üçün onlara verilən tapşırıqların tələb olunduğu kimi vəziyyəti izah edirlər. Onları jurnalist adlandıra bilərikmi? Bəs onda həqiqəti necə, kimdən öyrənək?
Məşhur bir nəşr özünün saxta faktlar yaymasına imkan versə də, kimə etibar etməliyik?! Bu, peşəkar jurnalistikadır?”.
Qeyd edək ki, bir neçə gün öncə “The Times” nəşri Belarusun ən gənc deputatı Mariya Vasileviç haqqında məqalə dərc edib. İngilis nəşri nəinki seçkilərin saxtalaşdırılması ehtimalının olduğunu qeyd edib, eyni zamanda “Miss Belarus”la Prezident Aleksandr Lukaşenko arasında romantik bir əlaqənin olduğunu iddia edib.
Xatırladaq ki, noyabrın 17-də Belarusda Milli Məclisin Nümayəndələr Palatası – parlamentin aşağı palatası üçün seçkilər keçirilib. Seçilən 110 deputat arasında M. Vasilyeviç də olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ