Adı İsveçrə ilə səhv salınan dövlət öz adını dəyişir
Onun adını İsveçrə ilə səhv salırlar, həm də kral belə istəyir
Afrikanın cənubunda Mozambik və CAR-ın arasında yerləşən yoxsul qitənin son mütləq monarxiyası olan Svazilend Krallığının monarxı III Msvati ölkənin adını dəyişdirmək barədə qərarını açıqlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Dövlət müstəqilliyinin 50-ci ildönümü münasibətilə keçirilən bayram mərasimində Kral belə bir bəyanat verib: “Bu gündən etibarən ölkəmizin “Esvatini Krallığı” kimi tanınacağını elan etmək istəyirəm”. III Msvati elan etdiyi bu qərarı əsaslandırarkən deyib ki, bununla ölkənin Britanyia müstəmləkəçiliyindən əvvəlki adını özünə qaytarır.
Dövlətin adının dəyişdirilməsinin digər bir səbəbi kimi bu dövlətin tez-tez İsveçrə ilə qarışıq salınması göstərilir (Swaziland – Switzerland). Belə ki, ingilis dilində hər iki ölkənin adları, demək olar ki, eyni səslənir:
Xatırladaq ki, dünyanın mütləq monarxiya ilə idarə olunan yeganə dövləti olan Svazilenddə kral siyasətdə mütləq təsirə malikdir. Habelə kralın anası kraliça olaraq onun yerinə dövlət rəhbərliyi vəzifəsini icra edə bilər. 1986-ci ildən indiyə qədər III Mswatinin anası olan Ntombi bu vəzifəni icra etməkdədir. Kral sarayı ölkənin iki böyük şəhəri olan Manzini və Mbabane arasında yerləşən Lobambadadır. Ölkədə çoxpartiyalı sistem mövcud olsa da, 1973-cü ildən siyasi partiyalar leqal fəaliyyət göstərə bilmir. Krala qarşı müxalif fikir söyləyənlərə qarşı sərt cəza tədbirləri gerçəkləşdirilir.
Ölkənin parlament binası da Lobambadadır. Parlamentin 30 üzvünün 20-si kral tərəfindən, qalan 10 üzv isə parlamentin iki palatasından biri olan “House of Assembly” tərəfindən müəyyənləşdirilir. 66 yeri olan “House of Assembly”də (Milli Assamleya) isə 55 üzv Tinkhundla olaraq adlandırılan seçki zonalarından seçilir. Bu məclisə 10 üzv yenə kral tərəfindən təyin edilir. Hər beş ildən bir keçirilən seçkilərdə həm Senat, həm də “House of Assembly” üzvləri seçilir və təyin edilir. Svazilend Krallığının parlamenti iki palatalı olmasına baxmayaraq, müstəqil qərar vermək səlahiyyətləri yoxdur. Kral nə əmr edirsə, onu da yerinə yetirirlər. (Bizimyolinfo.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
