Abşeron rayonunda fermada yanğın baş verib.

FHN xəbər verir ki, ümumi sahəsi 1000 m² olan quşçuluq fermasının tavanı və içərisinə səpələnən taxta yonqarı 500 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;