ABŞ Venesuela sahillərinə tibbi gəmi göndərməyə qərar verib
Vaşinqtonda keçirilən konfransda çıxış edən ABŞ-ın vitse-prezidenti Mike Pens Ağ evin Venesuelada yaşanan böhranla əlaqədar hansı addımlar atacağı ilə əlaqədar açıqlama verib.
ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, o, ABŞ donanmasına məxsus tibb gəmisinin bölgəyə göndəriləcəyini qeyd edib.
Pensin sözlərinə görə, prezident Trampın tapşırığına əsasən, iyun ayında “Comfort” gəmisi tibbi yardıma ehtiyacı olanlara köməklik məqsədilə Mərkəzi və Cənubi Amerika sahilləri istiqamətinə yan alacaq.
ABŞ vitse-prezidenti çıxışı zamanı bir daha Nikolas Maduronu istefa verməyə çağırıb: “Hakimiyyət başında olan Nikolas Maduro heç bir qanuni hüququ olmayan diktatordur və getməlidir”.
Amerikalı politoloq müxalifət lideri Juan Guaidonu dəstəkləyən, hazırda həbsdə olan general Manuel Kristof Fieqerin də tez bir zamanda azad olunması tələbini dilə gətirib.
Əlavə edib ki, rəsmi Vaşinqton əks halda Venesuelanın Ali Məhkəməsinə qarşı müvafiq sanksiyalar həyata keçirəcək.
“Əgər Venesuela Ali Məhkəməsi konstitusiyada təsbit olunmuş qanunun aliliyini təmin etməsə, ABŞ ədaləti bərpa etmək üçün müvafiq tədbirlər görəcək”, – vitse-prezident bildirib.
Amerikalı siyasətçi bir daha ABŞ-ın Venesuelaya qarşı bütün zəruri variantları nəzərdən keçirəcəyini təkrarlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ