ABŞ Pakistana 300 milyon dollarlıq yardımı ayırmaqdan imtina edib
Birləşmiş Ştatlar Pakistana ayrılmalı olan 300 milyon dollarlıq yardımdan tamamilə imtina edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Koun Folkner “Reuters”ə deyib.
Söhbət ilkin olaraq anti-terror əməliyyatları öncəsi Pakistana yardım üçün nəzərdə tutulan vəsaitlərdən gedir. Lakin bu, ABŞ prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ilə bağlı yeni strategiyasının elan olunmasından sonra dondurulub. Həmin zaman ABŞ administrasiyası İslamabad tərəfindən yaraqlılarla mübarizəyə sadiqlik nümayiş etdirən inandırıcı addımlar görənə qədər təqribən 900 milyon dolların dondurulduğu qeyd olunmuşdu. Nəticədə bu il ABŞ hökuməti qəti olaraq 500 mln. dolları ayırmaqdan imtina edib, indi isə daha 300 mln. dollarlıq vəsaitlə eyni şəkildə davranmaq qərarına gəlib.
“Pakistanın Cənub-Şərqi Asiyada strategiyaya dəstək göstərilməsi ilə bağlı qətiyyətsiz fəaliyyəti sayəsində yerdə qalan 300 mln. dollar yenidən bölüşdürülüb”, – deyə Folkner bildirib.
O izah edib ki, bu vəsaitlər Konqress tərəfindən təsdiq olunarsa, digər “vacib prioritet məsələlərə” sərf olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
Ərzaq qiymətləri rekord həddə çatdı!
Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı
Dollar sabit, avro və rubl bahalaşır