ABŞ Latviyaya təhlükəsizlik zəmanəti verdi: Müdafiə naziri açıqladı
Latviyanın müdafiə naziri Rayvis Melnis, ABŞ-a səfəri çərçivəsində amerikalı hərbçilərin Latviyada qalacağına dair Vaşinqtondan zəmanət aldığını açıqlayıb.
Minval.info xəbər verir ki, Melnis bu barədə yerli LSM kanalına danışıb. Onun sözlərinə görə, Latviyada ABŞ hərbçilərinin rotasiyası davam edir və bu, hərbçilərin sayının azaldığı təəssüratını yarada bilər. Lakin, əslində, ABŞ hərbi qüvvələrinin Latviyadakı mövcudluğu sabit olaraq qalır.
Vaşinqtonda ABŞ-ın Avropadakı, xüsusən də Baltikyanı regiondakı strateji maraqlarının davam etdiyi təsdiqlənib. Tərəflər amerikalı hərbçilərin Latviyada iştirakı ilə bağlı təlimlər və digər imkanları müzakirə ediblər.
Latviya və ABŞ, həmçinin dron və antidron sistemlərinin hazırlanması və silah tədarükü məsələlərini də müzakirə ediblər. Bunlar arasında HIMARS raket-artilleriya sistemləri və gəmiəleyhinə raketlərin alınması da yer alır.
Melnis bildirib ki, ABŞ Baltikyanı regiondakı təhlükəsizlik vəziyyətini nəzərə alır və Latviyanın ehtiyac duyduğu hərbi sistemlərin vaxtında və lazımi həcmdə çatdırılmasına çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı yeni iddialar
Qızılqaya Təlim Mərkəzində hərbi texnika sərgisi keçirilib
ABŞ süni zəka və dron komandanlığı qurur: Autowarcom
Azərbaycanda yeni lazer idarəetməli raket təqdim olundu
Azərbaycan Türkiyədən 500 milyon dollarlıq silah alacaq
Hərbçilərin əməkhaqqı və pensiya sistemi dəyişəcək