ABŞ Əfqanıstana yeni növ koronavirusun yayılmasına qarşı mübarizəyə 15 milyon dollar vəsait ayıracaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Dövlət departamenti bildirib.
Dövlət Departamentində Vaşinqtonun Əfqanıstan prezidenti Əşrəf Qani və Baş nazir, prezidentliyə namizəd Abdulla Abdullanın “inklüziv hökumət”in yaradılması ilə bağlı aparılan uğursuz danışıqlardan sonra ölkəyə maliyyə yardımının azaldılmasına baxmayaraq, bu addımı atacağını vurğulayıblar.


































