ABŞ-dan dünyaya İranla bağlı çağırış

ABŞ üçüncü ölkələri İrana investisiya yatırmaqdan çəkinməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Hauert bəyan edib.
“İran rejiminə xarici investisiyaların yatırılması iranlıların ehtiyac duyduqları islahatların təxirə salınmasına gətirib çıxarır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ İranla sazişdən birtərəfli qaydada çıxıb və noyabr ayında bu ölkəyə qarşı 2015-ci ilədək qüvvədə olan sanksiyaları bərpa etmək niyyətindədir. Bura neft ticarətinə və maliyyə əməliyyatlarına qoyulan sanksiyalar da daxildir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bir müddət əvvəl bəyan edib ki, ölkəsi ABŞ sanksiyalarına dirəniş göstərməkdə davam edəcək.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır