Türkiyə xarici işlər naziri sözcüsü Hami Aksoy ABŞ-la razılıq əldə olunmayacağı təqdirdə Suriyanın şimalında planlaşdırılan təhlükəsiz bölgəni tək başına yaradacaqlarını bəyan edib.
Minval.info xəbər verir ki, Aksoy açıqlamasında ABŞ tərəfinin iştirakı olmadan da təhlükəsiz bölgənin yaradıla biləcəyini vurğulayıb.
İki ölkə arasında danışıqlar avqustun 3-də Ankarada baş tutacaq ABŞ hərbi heyyətinin ziyarəti zamanı davam edəcək.
Nazim Hacıyev
Minval.info


































