Aborta qadağa qoyan senata lüt soyunaraq etiraz etdi
27 yaşlı model və feminist Emili Ratakovski abortun qadağan edilməsi haqda qanuna qarşı çıxıb.
Axşam.az xəbər verir ki, Alabama ştatının senatı qadının hamiləliyindən 6 həftə keçdikdən sonra abort etdirməsinə qadağa qoyub. Qadın təcavüzə uğrasa belə bu addımı ata bilməz.
Qanunu pozan şəxs və həkim 99 il həbs cəzası alacaq. Hətta qadınların qonşu ştatlara gedib, həkimə müraciət etməsinin də cəzası olacaq. Bunu orada yaşayan 25-ə yaxın ağdərili kişi də təsdiqləyib.
Bu qanuna bir çox insan, eləcə də məşhurlar etiraz bildiriblər. Emili isə lüt şəkil çəkdirib və sosial şəbəkədə paylaşıb. O, etirazını “Bu həftə Alabamada 25 ağdərili kişi abortla bağlı qanuna tərəf çıxıb. Həmin kişilər qadın bədəni üzərində öz istəklərini yürütməyə çalışanlardır. Abortun qadağan edildiyi ştatda qaradərili qadınlar yaşayırlar. Bu, insan haqlarının tapdalanmasıdır. Bizim bədənimiz bizim seçimimizdir” sözləri ilə bildirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR