6 yaşlı Nəzrinin həyatı sizdən asılıdır... - FOTOLAR
Tovuz rayonunun Xatınlı kəndində yaşayan 6 yaşlı Nəzrinin həyatı təhlükə altındadır.
Belə ki, Nəzrin iki ildir “kəskin leykoz limfoblast L1” xəstəliyindən əziyyət çəkir. Atasını avtomobil qəzasında itirən Nəzrin anası Şəfəq xanımla birgə nənə və babasının himayəsində yaşayır. Şəfəq xanım işləmədiyi üçün xəstəliyin müalicəsinə lazım olacaq məbləği toplaya bilmirlər.
Şəfəq Aslanova Minval.info-ya bildirib ki, xəstəliyin müalicəsi üçün gərəkli prosedurların həyata keçirilməsində xeyirxah insanların maddi dəstəyi çox olub: “Həkimlər hələlik xəstəliyin müalicəsi üçün konkret bir məbləğ bildirməyiblər. Müalicə üçünsə əsas ölkələr Türkiyə və Belarusiyadır”.
Şəfəq xanım bildirdi ki, mart ayında Nəzrinin iliyindən analiz götürüləcək, xəstəlik iliyə keçməyibsə burada müalicə oluna bilər. Əks təqdirdə isə ilik köçürülməsi lazım olacaq və Nəzrinin donor ola biləcək bacı və qardaşı olmadığı üçün Türkiyədə müalicə almalı olacaq.
Bunun üçünsə 150.000 manat tələb olunur. Ailənin buna maddi gücü çatmır və Nəzrin hələ də xeyirxah insanlardan yardım gözləyir.
Kömək etmək istəyənlər üçün əlaqə vasitəsi: (050) 967-96-43 Şəfəq xanım
Məleykə Ağayeva
Minval.İnfo



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu: Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qubada Bozovu xilas etmək istədilər, suda boğuldular - FOTOLAR
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
Azərbaycan nefti bahalaşmaqda davam edir
Azərbaycanda ata oğlunu öldürdü
Külək əsəcək, leysan yağacaq
