Qazaxıstanda gənc bir oğlan küçədə qızlara pul müqabilində öpüşməyi təklif edir.
Minval.İnfo kuryoz.com-a istinadən xəbər verir ki, əvvəlcə təkliflərinə rədd cavabı alan oğlan təkid etmədən qızlardan uzaqlaşır. Amma sonradan artıq israr edir, konkret məbləğlər təklif edir və istəyinə nail olur.
Təkliflər 5 min təngədən başlayır (1 dollar = 325.7 Qazaxıstan təngəsi. 5 min təngə təxminən 15 dollara bərabərdir). Rədd cavabı alan oğlan qiyməti yavaş-yavaş qaldırır, qızlar müxtəlif qiymətlərdə təslim olurlar. Gəncin əldə etdiyi ən bahalı öpüşün qiyməti isə 40 min təngə (122 dollar) olur.


































