37 il öncəki hadisə yenidən gündəmdə - Məşhur aktrisanı əri öldürüb?
1981-ci ilin noyabrın 29-dan 30-na keçən gecə Kaliforniyanın Santa-Katalina adasında naməlum səbəblərdən yaxtadan suya düşüb boğulan 43 yaşlı məşhur amerikalı aktrisa Natali Vudun ölümündə əri, aktyor Robert Vaqnerin əlinin olacağı ehtimal olunur.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ABŞ hüquq-mühafizə orqanları 87 yaşlı Robertin xanımı ölənə qədər onun yanında olduğunu bildirərək yenidən aktyoru dindirmək qərarına gəliblər.
Məlumatda bildirilir ki, yaxtada Nataliya ilə birlikdə daha 3 nəfər olub: onun əri Vaqner, kapitan Dennis Davern və aktyor Kristofer Uoken.
Vaqner 2008-ci ildə qələmə aldığı xatirələrində Natali itməzdən öncə onunla dalaşdığını söyləyib.
Qeyd edək ki, “West side story”, “Rebel without a cause”, “Splendor in the grass” kimi filmlərə çəkilən, iki dəfə “Qızıl qlobus” mükafatını qazanan Natali Vudun ölümü o zamanlar bütün dünyanı sarsıtmış və Hollivudun açılmayan sirlərindən biri kimi yadda qalmışdır.
Aktrisanın təsadüfən suya düşüb boğulduğu haqda nəticə çıxarılsa da, müstəntiqlər 2011-ci ildə yenidən təhqiqat açıblar.











Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır