30 manata bilet almadı, pələng parçaladı - VİDEO
Çində zooparka ziyarətə gələn adam 30 manatlıq giriş biletini almamaq üçün hasara dırmanaraq içəri daxil olmağa çalışıb.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, qanunsuz yolla zooparka daxil olan Zhanqı, Amur pələngi parçalayaraq öldürüb. Həyat yoldaşı və uşaqlarına bilet alan Zhanq, bu pulu özünə qıymayaraq zooparka hasardan girməyə cəhd edib, lakin pələngin qəfəsinə düşüb və ailəsinin gözü qarşısında pələng tərəfindən parça-parça edilib.
Bir saat boyunca onun cəsədini pələngdən almağa çalışan zoopark nəzarətçiləri sonda heyvanı da vuraraq öldürməli olublar. Hadisənin görüntüləri sosial mediada yayıldıqdan sonra, Çin hökuməti həddindən artıq zorakılığa görə videonu internetdən yığışdırıb.
Dəniz
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır