"3 milyon narkotik istifadəçisini məmnuniyyətlə öldürə bilərəm"
“Adolf Hitlerə bənzədilmək xoşuma gəlir” – İsraildə etiraza məruz qaldı
Flippin prezidenti Rodriqo Duderte İsrailə 4 günlük səfər edib. Bundan qabaq etdiyi açıqlamalarda “Adolf Hitlerə bənzədilmək xoşuma gəlir” və bənzəri cümlələr istifadə etmiş Duderte İsraildə etiraza məruz qalıb.
Minval.info bildirir ki, prezident seçildiyi gündən etibarən narkotik istifadəsi və satışına qarşı sərt şəkildə mübarizə aparacağını açıqlayan Rodrige Duderte “Adolf Hitler 6 milyon yahudini öldürüb. Mən də Flippində yaşayan 3 milyon narkotik istifadəçisini məmnuniyyətlə öldürə bilərəm. Əgər Almaniyanın Hitleri varsa, Flippinin də Dudertesi var” deyib.
İsrailə səfəri zamanı Flippin prezidentinə sözlərinə görə onlarla israilli tərəfindən etiraz olunub. Bundan sonra Rodrige Duderte qətl edilən yahudilərin xatirəsinə Qüdsdə inşa edilmiş Holokost Muzeyini ziyarət edib.
Bu sözlərinə görə, ciddi etiraz olunan Dudertenin sözçüsü Rodrige Dudertenin II Dünya müharibəsi zamanı qətl edilmiş 6 milyon Yahudinin ölümünü kiçik hadisə kimi qəbul etmədiyi bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır