2026-cı ildə pensiyalar 10.5 faiz artırılacaq!
2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594 manata çatıb. Bu artım orta aylıq əmək haqqının 51 faizini təşkil edir. Həmin dövrdə yaşa görə pensiyalar 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb.
Minval.info xəbər verir ki, pensiyaların orta məbləğindəki artım əsasən 2026-cı ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, bu ilin əvvəlindən etibarən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. “Əmək pensiyaları” haqqında qanuna əsasən, növbəti indeksləşdirmə gələn ilin yanvarında həyata keçiriləcək və bu zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Bu artımlar bir milyon yüz min vətəndaşı əhatə edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı və Abşeronda dolu təhlükəsi: FHN xəbərdarlıq edir
Sentyabrda havanın sürprizləri: Yağış, isti, soyuq!
Bakıda leysan və şimşək gözlənilir!
Sabah braziliyalı Du Keyrosu heyətə qatır
Nərmin Ələkbərova BANM-də şöbə müdiri oldu
Çoxuşaqlı ailələrə müavinət: Yeni təkliflər gündəmdə
Azərbaycanda ChatGPT və Zoom qiymətləri yüksələcəkmi?