18 yaşında rekord qırdı: Dünyanın ən gənc universitet professoru oldu
ABŞ-da yaşayan Natan Tomas, 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq Ginnesin Rekordlar Kitabına daxil olub.
Minval.info xəbər verir ki, Tomas 2023-cü ilin avqustunda Mayami Deyd Kollecində mühəndislik tələbələrinə “C for Engineers” fənnini tədris etməyə başlayıb. Bu addımı ilə o, dünyanın ən gənc kişi universitet professoru titulunu qazanıb.
Əvvəlki rekord 1717-ci ildə 19 yaşında müəllimliyə başlayan şotland riyaziyyatçısı Kolin Maklorinə aid idi və bu rekord 306 il ərzində dəyişməz qalmışdı. Natan Tomas həmçinin 2008-ci ildə 18 yaş 362 günlüyündə universitet müəllimi olan Aliya Saburun rekordunu da 16 gün qabaqlayıb.
Tomasın təhsil həyatı da diqqətəlayiqdir. O, 10 yaşında orta məktəbdə oxumaqla yanaşı, Mayami Deyd Kollecində dərslərə qatılıb. 14 yaşında isə təhsilini Florida Beynəlxalq Universitetində davam etdirib. 18 yaşında elektrik mühəndisliyi üzrə həm bakalavr, həm də magistr dərəcələrini fərqlənmə diplomu ilə tamamlayan Tomas, daha sonra müəllim kimi fəaliyyətə başlayıb.
Natan Tomas “Ginnes”ə verdiyi açıqlamada, müəllimlikdə əsas meyarın yaş deyil, bilik və onu başqalarına ötürmək bacarığı olduğunu vurğulayıb: “Hər kəs buraya öyrənmək üçün gəlir. Yaşın buna elə də böyük təsiri yoxdur. Mən sadəcə işimi ən yaxşı şəkildə görməyə və tələbələrimə kömək etməyə çalışıram”.
Hazırda Natan Tomas Mayami Universitetinin Hüquq Məktəbində təhsil alır və eyni zamanda, onlayn universitet kursları keçməyə davam edir. O, gələcəkdə əqli mülkiyyət hüququ kimi elm və texnologiyayönümlü hüquq sahəsində fəaliyyət göstərməyi planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır