2021-ci ildə Zəfər günü münasibətilə keçirilən amnistiya aktı çərçivəsində hazırkı dövrədək ümumilikdə 10 943 nəfər barəsində amnistiya tətbiq edilib.

“Minval.info” xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2021-ci ilin yekunlarına dair keçirilən müşavirədə bildirilib.

İl ərzində 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cəzadan azad edilib və ya müddəti azaldılıb.