03.09.2018 - 09:43
Vacib 15 baxış

Bakı meriyası qanunsuz tikililəri sökməyə başladı - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililər söükülür.

BŞİH-dən “minval.info”ya verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.

Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə, tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: