Amerikanın “Vogue” jurnalının növbəti qəhrəmanı Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya olub.

“Minval.info” xəbər verir ki, ölkənin birinci xanımı Zelenski ilə birgə məşhur fotoqraf Enni Leybovitsin kamerasının qarşısına keçərək poz verib. Şəkillər Ukraynanın paytaxtı Kiyevdə lentə alınıb. Çəkilişlər prezidentin ofisində, Qostomeldəki Antonov hava limanında və hərbçilərin fonunda çəkilib.

Jurnal geniş müsahibənin yaxın günlərdə yayımlanacağını bildirib.

“Minval.info”