“Yuventus”un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, oyunçuya virus testi edilib.

Testin nəticəsi müsbət çıxdıqdan sonra klubun bütün heyəti karantinə alınıb.

Qeyd edək ki, Avropa Liqasında bu gün oyananılacaq “İnter”-“Xetafe” matçı ləğv edilib, ÇL-də isə gələn həftəyə təyin edilmiş “Yuventus” – “Lion” matçı ilə ilə əlaqədar qərar veriləcək.