Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Sürücü xəsarət aldı
Yevlax şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib. Hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb. “Toyota Corolla” markalı, 77-FE-478 dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurularkən nəqliyyat vasitəsinin yanacaq çənində yanğın baş verib.
Minval.info xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, eləcə də yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabdakı yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kolonkanın idarəetmə lövhəsi də zərər görüb.
Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb və dərhal təcili tibbi yardım briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım