17.01.2018 - 00:13
Sosial
35 baxış
Yeni Günəşli və Zığ sürüşmə sahəsində vəziyyət gərginləşdi: Çatlı evlərin sayı artır
Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki “Günəşli Yaylası” çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var.Minval.İnfo xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, bu ərazidə çat qeydə alınan evlərin sayı artıb. Eyni zamanda çatların eni də genişlənib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun bir müddət əvvəl verdiyi məlumata görə, Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
19.10.2026 - 16:34
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
15.10.2026 - 01:46
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
10.10.2026 - 13:58
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
09.10.2026 - 10:28
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
07.10.2026 - 11:07
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
06.10.2026 - 16:20
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
05.10.2026 - 18:31
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
05.10.2026 - 11:10