Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
Yaşı 18-dən az olan şəxslərin əmək hüquqları ilə bağlı bir sıra məhdudiyyətlər və güzəştlər mövcuddur. Bu yaş qrupuna daxil olan işçilərin gecə növbələrində, iş vaxtından artıq saatlarda və bayram günlərində işə cəlb edilməsi, eləcə də ezamiyyətə göndərilməsi qanunla qadağandır.
Minval.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu kateqoriyaya daxil olan işçilərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti tətbiq edilmir və onların attestasiyası keçirilməz. 16 yaşına qədər olan işçilər üçün həftəlik iş saatı 24 saatı, 16-18 yaş arası işçilər üçün isə 36 saatı keçməməlidir.
Əmək məzuniyyəti müddəti də yaş qrupuna görə dəyişir: 16 yaşdan kiçik işçilərə 42 təqvim günü, 16-18 yaş arası işçilərə isə ən azı 35 təqvim günü məzuniyyət verilməlidir. Bundan əlavə, yaşı 18-dən az olan işçilərin ağır əşyaların qaldırılması və daşınması işlərinə cəlb edilməsi qadağandır.
Bu yaş qrupuna daxil olan işçilərin peşəkarlıq səviyyəsi və ixtisası kifayət etmədiyi üçün əmək müqaviləsinə xitam verilə bilməz. Həmçinin, ağır və zərərli iş şəraitində, yeraltı işlərdə və mənəviyyata zərər verə biləcək işlərdə bu yaş qrupunun əməyindən istifadə olunması qanunla qadağandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər