Müsavat Partiyasının Məclis üzvü Yaşar Türkazər vəfat edib.
Bu barədə APA-ya Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
G. Aslanlı bildirib ki, keçən ilin noyabrından Y. Türkazər səhhətində – ürək və ağciyərində problemlər yaranıb, son günlər isə ayağında şişmə müşahidə edilib. Son günlər isə Mərdəkanda xəstəxanada müalicə alıb və həkimlərin səyinə baxmayaraq, bu gün vəfat edib.
Allah rəhmət eləsin!


































