15.08.2026 - 13:18
Maqazin 16 baxış

Xoşqədəm hidayətqızı: "Həyat anında gözəldir, hər yay bu parkda xoşbəxtliyimi tapıram

Aparıcı Xoşqədəm Hidayətqızı yay istirahətini Türkiyədə keçirərək, illərdir ziyarət etdiyi yerlərdə keçmiş xatirələrini yenidən yaşayıb.

Minval.info xəbər verir ki, Xoşqədəm, sosial media hesabında paylaşdığı görüntülərlə həmin məkanda yürüş etməyin ona böyük sevinc bəxş etdiyini bildirib.

“Bu an özümü dünyanın ən xoşbəxt insanı kimi hiss edirəm. Allahın izni ilə yenidən bu parkda gəzirəm. Hər il yay mövsümünü səbirsizliklə gözləyirəm ki, bu qoxunu hiss edim, səhərlər burada saatlarla gəzim. Artıq 12 ildir ki, hər dəfə bura gəlirəm. Şükürlər olsun”, – deyə o, qeyd edib.

Xoşqədəm, həyat yoldaşı müğənni Doğuşun evliliklərinin ilk ilində onu bu məkana gətirdiyini xatırladıb və bu məkanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Evliliyimizin ilk ilində Doğuş məni bura gətirdi. Sonra hamiləlik dövründə və uşaqlarım doğulduqdan sonra da buraya gəldim. Burada həm sevinc, həm də kədər yaşamışıq. Evdən kənarda olmağı sevmirəm, lakin burada özümü evimdəki kimi hiss edirəm. Bizi yaşadan xatirələrimizdir”, – deyə o bildirib.

Xoşqədəm, həyatın anın gözəlliyini yaşamaqla daha dəyərli olduğunu vurğulayıb: “Həyat anında gözəldir. Sabah nə olacaq, düşünməyin. Gözəlliyi çox sevirəm, hər şey mükəmməl olsun. Təkcə üz yox, qəlbin və vicdanın təmiz olsun”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: