Novruz tətili başa çatmasa da, bayram günlərində də ölkənin və dünyanın siyasi gündəmi “tətilə” çıxmadı.

Əhəmiyyətli xəbərlərdən biri budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 aprel tarixində Moskvaya səfər edəcək.
Bu haqda yazan erməni mənbələr Moskvada kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda – Prezident İlham Əliyev, rusiyalı həmkarı Vladimir Putin və Paşinyan yeni sənədin imzalanacağını iddia edirlər.

Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu.

Üç ölkənin baş nazir müavinləri səviyyəsində keçirilən intensiv görüşlərin müzakirə mövzusu də bu tarixə qədər detalların razılaşdırılmasıdır.
Mümkündür ki, 11 yanvar Moskva görüşündə kommunikasiyaların bərpası üzərində rəsmi sənədin imzalanması planlaşdırılıbmış, lakin tərəflərin mövqeləri buna imkan verməyib.

Azərbaycan erməni qoşunlarının Qarabağdan tamamilə çıxarılması reallaşmadan sənədi imzalamaq istəmir. Ermənistan əsirlərin qaytarılmasını istəyir. Bu mövzuda “Kommersant” nəşrinin yazdıqları diqqət çəkir:

“Azərbaycan üç şərtinin qəbul olunacağı təqdirdə 73 diversantı Ermənistana qaytara bilər: 1. Qarabağdakı erməni qoşunu tamamilə çıxarılır; 2. Naxçıvanın Kərki kəndi qaytarılır; 3. Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusuna təhvil verilir.

Belə bir vaxtda Dağlıq Qarabağdakı separatçı rejim fəallaşıb. Xankəndində özünü respublika adlandıran separatçı qurumun parlamentinin iclası keçirilib. İclas zamanı separatçı deputatlar rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər.

Xankəndindəki separatçı ermənilərin bu addımları onların Azərbaycan Respublikasının hüdudları daxilində dinc yanaşı yaşama kimi amalının olmadığını bir daha sübut edir.

Bu addımlarla onlar müzəffər Azərbaycan Ordusunun Qarabağda növbəti antiterror əməliyyatlarına başlamasını qaçılmaz etməkdədir. Görünür ki, aprel-mayda erməni separatçılarının burunlarını yenidən ovmaq lazım gələcək.

Yeri gəlmişkən, İ.Əliyev fevralın 26-da bu mövzuyla bağlı açıq və konkret mövqe qoymuşdu: “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! “Arsax” dövləti olmayıb və olmayacaqda! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!”

Ekspertlərin fikrincə, baş separatçı Araik Arutunyan bununla rusların gözünə girməyə çalışır, Vitali Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir.

Eyni zamanda martın 25-də Xankəndi şəhərində gərginlik yaşanıb. Şəhərin mərkəzi küçələrində 5 saatdan çox etiraz aksiyaları keçirilib.
Etirazçılar yerli separatçı rəhbərlərin və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.

Bütün bu məsələləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət görüntüsünə, ərəblərin Qaxda nadir quşları ovlamasına cəmiyyətin sərt etirazlarını Musavat TV-nin canlı yayınında, saat 12:00-da aparıcı Emil Salamoğlu qonağı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edir. Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz: