Xalq artisti Şükufə Yusupova yeni klinikada müalicədədir
Xalq artisti Şükufə Yusupova daha ixtisaslı tibbi xidmət üçün Yeni Klinikaya köçürülüb. Avqustun 21-də Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1954-cü il təvəllüdlü sənətçi, avqustun 24-də Yeni Klinikaya təxliyə edilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti stabil olaraq qiymətləndirilir.
Minval.info xəbər verir ki, avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu keçərkən Şükufə Yusupova avtomobil qəzasına uğrayıb. Hadisə saat 18:00 radələrində Həsən Seyidbəyli küçəsində baş verib. Həsən Hüseynlinin idarə etdiyi “Nissan Note” markalı avtomobil Xalq artistini vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Müayinələr nəticəsində Şükufə Yusupovaya çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım