ATV-də yayımlanmağa başlayan “Aldanmış hisslər” serialı ilə bağlı mətbuat konfransı keçirilib.

Minval.info xəbər verir ki, aparıcılığını Aysel Nazimin etdiyi tədbirdə serialın yaradıcı və aktyor heyəti, şou-biznesin tanınmış simaları iştirak edib. Onlar çəkiliş prosesindən danışaraq ekran işinin reytinq qazanacağına inandıqlarını deyiblər.
Tədbirdə serialın tanıtım videosu yayımlanıb. Bundan sonra Xumar obrazının (Gülşən Hüseynli) özünü asması səhnəsi müzakirələrə səbəb olub. O risk edərək çətin səhnəyə addım atdığıı bildirib.
Qeyd edək ki, “Aldanmış hisslər” kiçik bir ailə dramıdır. Xumar “Aldanmış hisslər”in əsas qəhrəmanıdır. O, 1 səhvinə görə şantaj olunur və ətrafındakılara zərbə vurur. Əsas hadisələr də bundan sonra başlayır.
32 bölüm nəzərdə tutulan əsər-filmdə hadisələr dinamik cərəyanla davam edir. Ekran işi iş dünyasında baş verən intiriqalar, var-dövlət uğrunda ölüm-dirim savaşları və bir sıra maraqlı yaddaqalan hadisələrlə zəngindir.
Rollarda Arif Quliyev, Rasim Balayev, Nurəddin Mehdixanlı, Sərdar Rüstəm, Gülşən Hüseynli, Taryel Qasımov, Kazım Abdullayev, Əjdər Zeynalov, Aysel Nazim, Rüfət Nəzər, Rəşad Kəsəmənli, Zülfiyyə Eldarqızı, Füzuli Hüseynov, Fərqanə Quliyeva, və başqaları çəkilib.
Serialın layihə rəhbəri və ideya müəllifi Faiq Nağıyev, icraçı direktoru Sərxan Mustafayev, baş prodüseri Təranə Səmədova, rejissoru Yeva Elvidadır.