Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən gənc şair Əli Tənha ötən gün həyatına qəsd edib.
Gənc şair son olaraq özünün şeirinin videosunu paylaşaraq dostları ilə vidalaşıb.
Şairin özü ilə bağlı yazdığı şeir:
Görəsən haraya tələsir zaman
Mənim gözlərimdə kiçikdir cahan
Ömrünü pisliklə keçirən insan
Yaxşının qədrini bilə bilərmi?
.
Allaha tabedir dərə də -dağ da
Allaha məxsusdur bağça da-bağ da
Adicə ağacdan düşən yarpağ da
Allahdan iznsiz düşə bilərmi?
.
Ay Tənha bu həyat belədir inan
Əcəl gələcəkdir desən də dayan
Qəlbi ağlayan bir məzlum insan
qeh-qehe çəkərək gülə bilərmi?
Həmin görüntüləri təqdim edirik:


































