Uşaqların əsas problemləri — 33 minə yaxın müraciət edilib
Fəaliyyət göstərdiyi yeddi il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32708-ə yaxın müraciət edilib.Xidmətdən Minval.İnfo-a verilən xəbərə görə, qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Qeyd olunub ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2010-2017-ci il tarixinə qədər qeydə alınmış statistik göstəricilər aşağdakı kimidir:
*Psixoloji problemlərlə edilən müraciətlərin sayı -7050;
*Təhsil sahəsini əhatə edən müraciətlər – 7715;
*Sosial sahəyə aid müraciətlər – 8167;
*Hüquqi sahə ilə bağlı müraciətlər -5446;
*Səhiyyə sahəsinə aid istiqamətlənən müraciətlər – 1771;
*Digər zənglər – 2559 olub.
Bildirilib ki, qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri və rayonlarlar ilə məhdudlaşmayıb. Belə ki, xidmətə İs¬tan¬bul, Moskva, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya, Sank – Peterburq, Şimali Kipr, Qazaxıstandan da müraciətlər daxil olub. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2017-ci ilin yanvar-dekabr hesabat dövrü ərzində 3424 müraciət daxil olub. Müraciətlər şəhərdaxili (1824), mobil telefon (2204), mobil sms (15) müraciət daxil olub.
Aparılan təhlil nəticəsində aşağıdakı sahələr üzrə müraciətlər qəbul edilib: Psixoloji problemlərlə bağlı müraciətlər – 467, təhsil sahəsi ilə bağlı müraciətlər – 1958, sosial sahə ilə bağlı müraciətlər – 530, hüquqi sahə ilə bağlı müraciətlər – 283, səhiyyə sahəsi ilə bağlı müraciətlər – 18, digər zənglər isə 175 olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır