Universitetlərdə bloger trendi: Alimlər kənarda qalır
Ali təhsil müəssisələrində son illərdə tələbələrlə keçirilən görüşlərdə tanınmış blogerlərin, müğənnilərin və sosial media fəallarının iştirakı artmaqdadır. Əvvəllər bu görüşlərdə əsasən şairlər, yazıçılar, alimlər və mühəndislər iştirak edirdi. Bu görüşlərin məqsədi tələbələrin dünyagörüşünü genişləndirmək və onların peşəkar inkişafına töhfə vermək idi.
Minval.info xəbər verir ki, bu ənənənin dəyişməsi və blogerlərin dəvət olunması sosial medianın gənclərin həyatında mühüm rol oynaması ilə əlaqədardır. Təhsil eksperti Ramin Nurəliyev bu tendensiyanın səbəblərini açıqlayaraq, sosial mediadakı tanınmışlığın artıq daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb. Lakin o, məşhurluğun fəaliyyətin məzmunlu və faydalı olduğu anlamına gəlmədiyini qeyd edib.
Ekspertin fikrincə, universitet rəhbərlikləri də bu tendensiyanın formalaşmasında məsuliyyət daşıyır. Tələbələrin maraqlarını əsas götürərək hər tanınmış şəxsin dəvət olunması düzgün yanaşma deyil. Universitetlər tələbələrin ixtisasına və tədbirin mövzusuna uyğun peşəkar şəxsləri dəvət etməlidir. Blogerlərin iştirakı isə yalnız kommunikasiya, media və rəqəmsal texnologiyalar kimi sahələrdə faydalı ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım