Türkiyə Azərbaycanın işğaldan azad edilən ərazilərinin yenidən kənd təsərrüfatı üçün yararlı hala gətirilməsinə dəstək göstərəcək.

Minval.info -nun xəbərinə görə, bununla bağlı iki ölkə arasında “Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu və Fəaliyyət Planı” hazırlanacaq.

Sənəd bu ilin sonunda imzalanacaq.