Türk ordusu PKK başçısını belə vurdu - VİDEO
Ötən gün Türkiyə ordusu və ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar əyalətində “Kürdüstan birlikləri koalisiyasının” (KBK) region üzrə cavabdehi, Mam Zeki Şenqali ləqəbi ilə tanınan və terrorçuların “qırmızı siyahısına” daxil edilmiş İsmayıl Özdəni məhv edib.
Oxu.Az xəbər verir ki, yayılan videogörüntülərdə Özdənin olduğu avtomobil karvanının İraqın şimalında pilotsuz uçan aparat tərəfindən nəzarətdə saxlanıldığı görünür.
Terrorçu təqibdən qaçmaq üçün başqa avtomobilə minsə də, türk ordusunun yaraqlını məhv etdiyi aydın görünür.
Agentlik qeyd edir ki, 66 yaşlı İsmayıl Özdən “PKK/KBK-nin icraiyyə komitəsinə” daxil olub.
Keçirilmiş əməliyyat Türkiyənin Hakkari bölgəsində Yüksekova rayonunda PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakay və onun anası Nurcan Karakayın şərəfinə adlandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa Ermənistanda saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edir
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 212-yə çatıb
Zərifdən sərt çıxış: "Özümüzə hörmət etməsək..."
İranda sualtı qayıqda partlayış olub, ölənlər var
Ermənistanın regionları boşalır: Ermənilər ən çox Zəngəzurdan qaçır
İranda koronavirusa yoluxanların sayı 5 milyonu keçib
Türkiyə parlamentində terrora cəhd olub - Təfərrüat