Turizm şirkətindən 1200 manatlıq qalmaqal!
Vətəndaşların turizm şirkətlərinə qarşı şikayətləri artmaqdadır. Aynurə Məmmədova adlı vətəndaş “SM Travel” şirkətinə qarşı iddia irəli sürərək, 1 200 manat ödədiyini, lakin yeddi aydır bu məbləği geri ala bilmədiyini bildirib. O, şirkət ofisinə yaxınlaşdığını və ödənişi xarici pasportun arasında təqdim etdiyini, lakin heç bir sənəd almadığını qeyd edib. Şikayətçi həmçinin ofisdə ona qarşı fiziki zorakılıq törədildiyini iddia edib və pulunun təzminatla birlikdə qaytarılmasını tələb etdiyini vurğulayıb.
Minval.info xəbər verir ki, “SM Travel” şirkətinin rəhbəri Samir Mədətov isə şikayətçinin ödənişi birbaşa şirkətə etmədiyini bildirib. O, 17-ci Polis Şöbəsində qadının övladları olduğu üçün pulu qaytara biləcəyini, lakin təzminat məsələsində razılığa gələ bilmədiklərini qeyd edib. Mədətov, “1 200 manat böyük pul deyil” deyərək, pulun qaytarılmasından imtina etmədiklərini, lakin təzminat vermək niyyətində olmadıqlarını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yuxulu sürücü "Prius"u parkda saxladı!
Avtomobil bazarında qiymət artımı: 3-5 faiz yüksələcək
Məcburi evlilikdən qaçan qız sığınacağa sığındı
Universitetlərdə bloger trendi: Alimlər kənarda qalır
Nebahat Çehre: "Boşanarkən maşınla vuruldum
Bakıda küçə ticarəti: Problemlər və həll yolları
Süni intellekt iş dünyasında inqilab yaradır!