Toyuq ətinin qiyməti mağazalarda artdı
Son dövrlərdə əhalinin ən çox istifadə etdiyi qida məhsullarından biri olan toyuq filesi qiymət artımı ilə üzləşib. Bu məhsulun əlçatanlığı ilə tanınsa da, indi bəzi marketlərdə ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən xeyli bahadır.
Minval.info xəbər verir ki, hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib. Bu bahalaşma, xüsusilə ailələr üçün gündəlik alış-verişdə əlavə maliyyə yükü yaradır.
Satıcılar bildirirlər ki, son günlərdə toyuq filesi qıtlığı müşahidə olunur. Bəzi mağazalarda məhsulun tamamilə yoxa çıxması, olan yerlərdə isə qiymətlərin artması alıcıları narahat edir.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də bu məhsula tələbatın artdığını təsdiqləyir. O, bu artımın səbəbini əhalinin tətildən qayıtması və turist axınının artması ilə əlaqələndirir.
Qeyd etmək lazımdır ki, yalnız file deyil, toyuğun digər hissələrində də qiymət artımı müşahidə olunur. Cari vəziyyətin nə vaxt stabilləşəcəyi isə hələ ki, məlum deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiymətində kəskin artım müşahidə olunur
Avropada dizel yanacağının qiyməti rekord həddə çatdı
Hərraca 26 avtomobil çıxarıldı
Maaş və pensiya artımı ilə bağlı müzakirələr başlayır
ASELSAN Naxçıvanda zavod inşa edəcək
ABŞ-da inflyasiya hesabatı Fed-in faiz artırmamasına ümid verir