
Müğənni Vasif Məhərrəmli vəzifəsindən kənarlaşdırılan AZTV-nın keçmiş sədri Arif Alışanova video-müraciət edib.
Minval.İnfo xəbər verir ki, müğənni Alışanovu tənqid edib və ona suallar ünvanlayıb:
“Mən 10 ildən artıqdır ki, AZTV-də yoxam. Heç bir tədbirə dəvət almıram, efirə çağırılmıram. Arif Alışanov, mənimlə ədavətiniz nə idi? Cavab verə bilməyəcəksən. Çünki sən televiziya adamı deyilsən, peşəkarlıq sənə uzaqdır. Öz işinlə məşğul olsan yaxşıdır. Haqq, ədalət həmişə gün gəlir, öz yerini tutur. Mən bir daha bu islahata görə ölkə başçısına təşəkkür edirəm”
Minval.İnfo / Samral


































