Bakının Səməd Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan iaşə obyektində əsaslı yenidənqurma işləri aparılacaq.
Bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.
Qeyd edək ki, 2017-ci ildə “Vergilər” qəzetində “Təzə bazar” Ticarət Mərkəzinin bağlandığına dair məlumat yayılmışdı. Bildirilirdi ki, “Təzə Bazar” MMC ləğv olunduğunu elan edib. Daha sonra bazarın bir hissəsinin fəaliyyətini davam etdirdiyi məlum olmuşdu.




































