Təhsil tv" rəqəmsal inqilab: Yeni saytla təhsilə daha yaxın olun
Azərbaycanın təhsil sahəsində ilk internet televiziya platforması olan “Təhsil TV” yeni rəsmi saytını istifadəyə verib. Bu platforma, tehsil.tv ünvanında fəaliyyət göstərərək, təhsil sahəsindəki yenilikləri, xəbərləri, video materialları, verilişləri və canlı yayımları bir araya gətirir.
Minval.info xəbər verir ki, yeni platformanın əsas məqsədi təhsil sahəsindəki prosesləri daha sürətli və əlçatan şəkildə ictimaiyyətə çatdırmaqdır. Bu, şagirdlər, tələbələr, müəllimlər və valideynlər üçün keyfiyyətli təhsil məzmununa daha geniş çıxış imkanı yaradır.
İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya daxil olaraq təhsil xəbərlərini oxuya, video materiallara və verilişlərə baxa, həmçinin canlı yayımları izləyə bilərlər. “YouTube” inteqrasiyası vasitəsilə təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramlar da real vaxt rejimində təqdim olunur.
ƏLAQƏLİ
Medvedyev ermənistanı hədələdi: Qərbə inteqrasiya i̇rəvana nə gətirəcək?
Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et və Canlı yayım. Bu bölmələr vasitəsilə istifadəçilərə müxtəlif formatlarda təhsil məzmununa daha rahat çıxış imkanı yaradılır.
“Təhsil TV”nin yeni rəqəmsal platforması yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin geniş ictimaiyyətə çatdırılması üçün vahid media resursu kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin yayım kanalı olan “Təhsil TV” 2015-ci ildən fəaliyyət göstərir. 2021-ci ildə Təhsil İnstitutunun təsisçiliyi ilə MMC olaraq dövlət qeydiyyatına alınan televiziyaya Audiovizual Şuranın 20 dekabr 2022-ci il tarixli qərarı ilə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
ƏLAQƏLİ
Azər axşamın ölüm xəbəri yenidən gündəmdə: "Bu xəbərləri kim və niyə yayır?
Bu gün “Təhsil TV” təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin ictimaiyyətə operativ, obyektiv və əlçatan şəkildə çatdırılmasına xidmət edən müasir media platforması kimi fəaliyyət göstərir. “Təhsil TV” sosial media platformalarında da geniş auditoriyaya malikdir. “Facebook” səhifəsində 100 mindən, “Instagram” hesabında 58 mindən, “YouTube” kanalında 42 mindən, “TikTok” hesabında 40 mindən, “LinkedIn” səhifəsində isə 13 mindən çox izləyici var. “WhatsApp” və “Telegram” kanallarının hər birində 3 mindən çox istifadəçi yer alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Medvedyev ermənistanı hədələdi: Qərbə inteqrasiya i̇rəvana nə gətirəcək?
Azər axşamın ölüm xəbəri yenidən gündəmdə: "Bu xəbərləri kim və niyə yayır?
Rihanna Türkiyədə ad savaşını qazandı: 'RIANNA' markası tarixə qovuşdu
Kim kardaşyanın evində həyəcanlı anlar: Oğru işçi avtomobili ilə qaçdı
Avqustun 12-də səma şousu: Günəş tutulması və meteor yağışı bir arada