Şuşanın icra başçısı Bayram Səfərov Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı zamanı yuxuya gedib.
“Minval.info” xəbər verir ki, bu barədə Unikal.org saytı məlumat yayıb.
Bildirilib ki, ictimai-siyasi şəxslərin iştirak etdiyi tədbirdə Bayram Səfərovun yatması qonaqlar tərəfindən müsbət qarşılanmayıb.
Minval.info xatırladır ki, bu, Bayram Səfərovun rəsmi tədbirləri ciddiyə almadan yuxuya getdiyi ilk hadisə deyil.





































